DİŞ MƏCUNU VƏ AĞIZ YAXALAYICISININ COVID-19-A SƏBƏB OLAN VİRUS ÜZƏRİNDƏ TƏSİRİNƏ DAİR COLGATE-PALMOLIVE TƏRƏFİNDƏN KEÇİRİLMİŞ LABORATORİYA VƏ KLİNİKİ TESTİN NƏTİCƏLƏRİ HAQQINDA SUAL-CAVAB

Colgate-Palmolive tərəfindən aparılan son araşdırmalar ağıza qulluq vasitələrimizin ağızdakı COVID-19 virusu miqdarının müvəqqəti azalmasında rol oynaya biləcəyini göstərir. Laboratoriya testləri müəyyən növ diş məcunu, ağız yaxalayıcısı və ağız spreylərinin COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu 99% zərərsizləşdirdiyini aşkarladı. COVID-19-a yoluxmuş xəstələr ilə prosedurdan öncə aparılmış kliniki test setilpiridinium xlorid (CPC), əlavə olaraq sink, hidrogen peroksid və ya xlorheksid ilə ağzı yaxaladıqdan sonra 30-60 dəqiqə ərzində ağızdakı virus miqdarının azaldığını göstərib. Ən çox verilən sualların cavablarını öyrənmək üçün oxumağa davam edin. Unutmayın ki, məhsulların hamısı bütün marketlərdə satılmır. Hər hansı məhsulun sizin üçün əlçatan olub-olmadığını müəyyən etmək məqsədilə ən yaxın pərakəndə satış mağazasına müraciət edin.

Ümumi suallar:

 

1. Laboratoriya testində hansı məcunlar və ağız yaxalayıcıları SARS-CoV-2 virusunu 99% zərərsizləşdirib?

*Diş məcunlarına daxildir: Colgate Total və seçilmiş Meridol məhsulları.

*Ağız yaxalayıcıları və spreylərə daxildir:0,075% CPC tərkibli Colgate Total Spreyi və Ağız Yaxalayıcısı, Colgate Plax, Vedshakti Spreyi və Colgate Zero Ağıza Yaxalayıcısı CPC tərkibli olmayan Meridol ağız yaxalayıcısı da 99% zərərsizləşdirib.

2. Hansı ağız yaxalayıcıları kliniki tədqiqat zamanı ağızdakı virus miqdarını 60 dəqiqəyə qədər müddət ərzində əhəmiyyətli dərəcədə azaldıb?

Peroxyl, PerioGard və Şimali Amerikada Colgate Zero adı altında satılan Colgate Total (ABŞ xaricində).

3. Virus miqdarının azalması məni COVID-19 xəstəliyinə yoluxmaqdan və ya yoluxdurmaqdan qoruyur?

Ağzınızda COVID-19-a səbəb olan virus aşkar edilərsə, deməli virusa artıq yoluxmusunuz. Ağzınızdakı virus miqdarının azalmasının virusa yoluxma və ya yoluxdurmanın qarşısını alacağına dair qəti dəlil yoxdur. Buna baxmayaraq, ağız suyunda virus miqdarının azalması danışıq, mahnı oxumaq və ya öskürək vasitəsilə ötürülə bilən yoluxdurma riskini azaltmağa kömək edə bilər.

4. Ağzımda virus miqdarının azalması COVID-19 simptomlarımı zəiflədəcək və ya sağalmağımı sürətləndirəcək?

Ağızda virus miqdarının azalmasının COVID-19 simptomlarını zəiflədəcəyinə və ya sağalmağınızı sürətləndirəcəyinə dair kliniki dəlil yoxdur. COVID-19-un müddətinə və ağırlıq dərəcəsinə immun sisteminizin gücü daxil olmaqla digər amillər də təsir edir.

5. “Virusun zərərsizləşdirilməsi” nə deməkdir?

"Virusun zərərsizləşdirilməsi" virus mövcud olsa da, artıq onun yoluxucu olmaması və çoxalmaması deməkdir.

6. Ağıza qulluq məhsulları virusu zərərsizləşdirməyə necə yardım edir?

Mövcud məlumatlar ağıza qulluq məhsullarının virus kapsuluna hücum edərək onu həll etdiyini göstərir. Xarici qoruyucu örtüyün yox olması virusun hüceyrələrə yapışmasının və onları yoluxdurmasının qarşısını alır.

7. Çölə çıxmazdan, yaxud insanlar ilə görüşməzdən öncə dişlərimi fırçalamalı və ya ağzımı yaxalamalıyam?

Ağıza qulluq gündəlik şəxsi gigiyena qaydalarınızın bir hissəsi olmalıdır. Virusun yayılmasının qarşısını almaq üçün maska taxmağa, sosial məsafə saxlamağa və əllərinizi yumağa davam etməlisiniz. Hazırda dişləri fırçalamağın, yaxud ağzı yaxalamağın COVID-19-a yoluxma və ya yoluxdurmadan qoruduğuna dair heç bir dəlil yoxdur. Bununla birlikdə, ağız suyunda virusun miqdarının azalması danışıq, mahnı oxumaq və ya öskürək vasitəsilə yoluxma riskini azalda bilər. Fırçalama və yaxalamanın ağızdakı virus miqdarına necə təsir etdiyini müəyyənləşdirmək üçün əlavə araşdırmalar həyata keçirməyi planlaşdırmışıq. Bununla belə, təhlükəsiz və effektiv məhsullarla dişlərin müntəzəm fırçalanması və ağzın yaxalanması ağız sağlamlığının qorunmasına yardım edir.

8. Laboratoriya testi nəticələri insanın ağzında baş verənləri necə göstərir?

Laboratoriya testi Colgate antimikrobiyal formullarının ciddi nəzarət edilən şərtlər altında SARS-CoV-2 virusunu təsirsiz hala gətirə bilib-bilməyəcəyini müəyyən etmək üçün istifadə edilən sadələşdirilmiş modeldir. Bu həm diş məcunu, həm də ağız yaxalayıcısında virus inaktivasiyasını qiymətləndirmək üçün beynəlxalq səviyyədə qəbul olunan və tanınan laboratoriya metodudur. Colgate-Palmolive ağızda virusu təsirsiz hala gətirməyə və miqdarını azaltmağa yardım edən oxşar nəticələrin olub-olmadığını müəyyənləşdirmək üçün əlavə kliniki tədqiqatlar aparır.

9. Test edilən Colgate-Palmolive məhsullarının effektivliyi Listerine, Crest və digər rəqiblərin SARS-CoV-2 virusu ilə mübarizədəki effektivliyindən nə ilə fərqlənir?

Rəqib məhsulların effektivliyini yoxlamamışıq.

10. Dişlərimi fırçalasam və ya ağız yaxalayıcısı ilə yusam, maska taxmalıyam?

Bəli. COVID-19-un yayılmasını azaltmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Amerika Birləşmiş Ştatları Xəstəliklərə Nəzarət və Profilikatika Mərkəzləri hər kəsin maska taxmasını tövsiyə edir. Maska taxmaq, sosial məsafə saxlamaq və əllərinizi yumaq kimi COVID-19-un yoluxmasının və yayılmasının qarşısını almağa kömək edən təlimatları izləməyə davam edin.

11. Dişləri fırçalamaq və ya ağız yaxalayıcısı ilə ağzı yaxalamaq anticisimlərinizə təsir edirmi?

Xeyr, dişləri fırçalamaq və ya ağız yaxalayıcısı ilə ağzı yaxalamaq anticisimlərinizə heç bir təsir göstərmir.

 

Diş məcununa dair suallar:

12. Hər diş məcunu COVID-19-a səbəb olan virusu təsirsiz hala gətirirmi?

COVID-19-a səbəb olan virusu zərərsizləşdirib-zərərsizləşdirmədiyini müəyyən etmək üçün Colgate Total və seçilmiş Meridol məhsullarından başqa digər diş məcunlarını test etməmişik

13. Dişləri fırçalamaq ağızda COVID-19-a səbəb olan virus miqdarına təsir edir?

SARS-CoV-2 üzrə laboratoriya nəticələrimiz ürəkaçan olsa da, kliniki tədqiqat olmadan bu təsirlərin ağız boşluğunda da olub-olmayacağını deyə bilmərik. Hazırda kliniki proqramımız Colgate Total diş məcunu ilə fırçalamanın ağızdakı virus miqdarını müvəqqəti azaldıb-azaltmayacağını müəyyənləşdirmək üçün COVID-19 testi nəticələri pozitiv olan şəxslər ilə araşdırma aparır.

14. COVID-19-a səbəb olan virusun səviyyəsini nəzərə alsaq, Colgate Total diş məcunu nə dərəcədə təsir edir?

Virusun ağızda da laboratoriya testlərində olduğu kimi zərərsizləşib-zərərsizləşməyəcəyini müəyyənləşdirmək üçün əlavə araşdırmalar aparırıq.

 

Ağız Yaxalama/Ağız Spreyi:

15. 0,075% setilpiridinium xlorid (CPC) tərkibli məhsullar hansılardır?

Colgate Total Sprey və Ağız yaxalayıcısı, Colgate Plax, Vedshakti Sprey və Colgate Zero Ağız Yaxalayıcısı məhsullarının bir çox növləri.

16. Hər ağız yaxalayıcısı və ya ağız spreyi ağızdakı virusun miqdarını müvəqqəti azaldır?

Kliniki tədqiqat zamanı yalnız Colgate Peroxyl, Colgate PerioGard və Şimali Amerikada Colgate Zero adı altında satılan Colgate Total-ı (ABŞ xaricində) test etdik. Bu məhsulların ağızdakı virus miqdarının müvəqqəti azalmasında təsirini bildirməkdən məmnunuq. Digər məhsulları test etməmişik.

17. 0,12 və 0,2% xlorheksidin (CHX) hidrogen peroksid kimi təsirlidir?

Laboratoriya tədqiqatı məhsullar arasındakı effektivliyi müqayisə etmək məqsədilə aparılmayıb. Tədqiqat məhsulların SARS-CoV-2 virusunu təsirsiz hala gətirmə qabiliyyətini yoxlamaq məqsədilə həyata keçirilib.

18. Ağız yaxalayıcısı ilə yaxalamaq və ya ağız spreyindən istifadə etmək ağzımdakı virus miqdarını nə qədər azaldacaq?

Laboratoriya testləri göstərdi ki, 30 və ya 60 saniyəlik təmas müddətində setilpiridinium xlorid tərkibli Colgate ağız yaxalayıcıları ilə yumaq COVID-19-a səbəb olan virusu 99,9% zərərsizləşdirir. Bunun ağızdakı virus miqdarını müvəqqəti zərərsizləşdirib-zərərsizləşdirmədiyini test etmək üçün ilkin kliniki tədqiqatları həyata keçirdikdən sonra virus miqdarının ağızda müvəqqəti azaldığı təsdiqlənib. Şimali Amerikada Colgate Zero adı altında satılan Colgate Total (ABŞ xaricində), Colgate PerioGard və Colgate Peroxyl ilə aparılan kliniki tədqiqatın nəticəsinə əsasən yuyulma dərhal təsir göstərir və ağızdakı virusun miqdarı əhəmiyyətli dərəcədə azalır. Yuyulmadan dərhal sonra virusun miqdarı ən aşağı səviyyədə olur və bu, 30-60 dəqiqə müddətində davam edir.

19. Ağız yaxalayıcısı ilə yaxalamaq məni COVID-19-dan qoruyur?

Kliniki tədqiqatlar bəzi ağız yaxalayıcıları ilə yaxaladıqdan sonra virus miqdarının 30-60 dəqiqə ərzində kəskin azaldığını göstərir. Lakin ağız yaxalayıcısı və ya ağız spreyi istifadə etməyin COVID-19-a yoluxmanın və ya yoluxdurmanın qarşısını almağa kömək etdiyini göstərən heç bir dəlil yoxdur. Bununla birlikdə, ağzın mütəmadi olaraq yaxalanması ağız sağlamlığının qorunmasında mühüm rol oynayır. Stomatoloqlar gündəlik ağız baxımı rejiminin bir hissəsi olaraq ağız yaxalayıcılarını istifadə etməyi məsləhət görür.

20. COVID-19-a səbəb olan virusun miqdarını azaltmaq üçün ağız yaxalayıcısını yalnız evdə, yoxsa stomatoloqun qəbuluna düşməzdən əvvəl də istifadə etməliyəm?

Araşdırmamız virus səviyyəsindəki ən böyük azalmanın ağzı yaxaladıqdan dərhal sonra baş verdiyini və bu azalmanın 60 dəqiqəyə qədər müddət ərzində əhəmiyyətli dərəcədə aşağı səviyyədə qaldığını göstərdi. Gündəlik ağız sağlamlığı rejiminin bir hissəsi kimi ağzınızı mütəmadi olaraq yaxalamağınızı məsləhət görürük. Kliniki tədqiqatlarımıza əsasən, stomatoloji prosedurlardan dərhal öncə yaxalamağınız da məsləhətdir.

21. Prosedurdan öncə xəstələr nə zaman ağzını yaxalamalıdır?

Kliniki tədqiqatların nəticələrinə əsasən, prosedur başlamazdan dərhal öncə pasiyentlər ağızlarını yaxalaya bilər. Kliniki tədqiqatların nəticələrinə əsasən, ən ciddi azalma ağzı yaxaladıqdan dərhal sonra qeydə alınıb. Yaxalamadan sonra 60 dəqiqəyə qədər müddətdə virusun miqdarında əhəmiyyətli dərəcədə azalma davam edir. Klinikadakı işçilərin qorunmasına yardım etmək üçün pasiyentlərinizə seansa gəlməzdən bir saat əvvəl ağızlarını yaxalamalarını tövsiyə edin.