COLGATE-PALMOLIVE ŞİRKƏTİNİN DİŞ MƏCUNU VƏ AĞIZ BOŞLUĞUN YAXALAYICISININ COVID-19 VİRUSUNA TƏSİRİ İLƏ BAĞLI LABORATORİYA VƏ KLİNİK NƏTİCƏLƏRİ İLƏ BAĞLI SUALLAR VƏ CAVABLAR

Son yenilənmə: 15 iyun 2023-cü il.

Tibbi icmal Colgate şirkətinin beynəlxalq elmi kommunikasiyalar şöbəsi tərəfindən hazırlanmışdır

Colgate-Palmolive tərəfindən aparılan son araşdırmalar göstərir ki, ağız boşluğuna qulluq üçün olan bəzi vasitələr ağızda COVID-19-a səbəb olan SARS-CoV-2 virusu miqdarının müvəqqəti olaraq azaldılmasında rol oynaya bilər. Laboratoriya testlərində sink, qalay florid(II) və ya aminoflorid tərkibli bəzi diş məcunlarının, həmçinin setilpiridinium xlorid (CPC), hidrogen peroksid, xlorheksidin və ya qalay florid(II)/aminoflorid tərkibli ağız yaxalayıcılarının virusu 99% zərərsizləşdirdiyi aşkarlanıb. COVID-19-a yoluxmuş xəstələr ilə prosedurdan öncə aparılmış ilkin kliniki test CPC, həmçinin sink, hidrogen peroksid və ya xlorheksidin tərkibli vasitələrlə ağzı yaxaladıqdan sonra 60 dəqiqəyə qədər müddət ərzində ağızdakı virus miqdarının azaldığını göstərib. Bu ilkin araşdırmanın ağızdakı virusun səviyyəsini müvəqqəti olaraq necə azaltdığını və bunun sizin üçün nə demək olduğunu öyrənmək üçün çox çalışırıq. Qeyd etmək vacibdir ki, sınaqdan keçirilmiş məhsulların COVID-19-un qarşısını ala, müalicə edə və ya sağaldacağına, yaxud da simptomlarını yüngülləşdirə biləcəyinə dair heç bir dəlil yoxdur və məhsulların bu məqsədlər üçün istifadəsi nəzərdə tutulmayıb. Lakin müntəzəm fırçalama və yaxalama ağzınızın təmiz və sağlam olmasında mühüm rol oynaya bilər. Ən çox verilən bəzi sualların cavablarını öyrənmək üçün oxumağa davam edin.

Ümumi suallar:

 

1. Ağız boşluğuna qulluq məhsulları məni COVID-19-a yoluxmaqdan və ya virusun ötürülməsindən qoruya bilərmi?

Ağız boşluğunuzda COVID-19-a səbəb olan virus aşkar edilibsə, artıq yoluxmusunuz. Hal-hazırda ağız boşluğuna qulluq məhsullarının istifadəsinin virusa yoluxmanın qarşısını ala biləcəyinə dair heç bir dəlil yoxdur. Tüpürcəkdəki danışarkən, oxuyarkən və ya öskürərkən yayıla bilən virus miqdarının azaltmasını, digər insanlara yoluxma riskini azalda biləcəyini müəyyən etmək üçün daha genişmiqyaslı araşdırmalara ehtiyac var.

2. Ağız boşluğuna qulluq məhsulları COVID-19 simptomlarını yüngülləşdirə və ya daha sürətli sağalmağıma kömək edə bilərmi?

Xeyr, ağız boşluğuna qulluq məhsullarından istifadənin COVID-19 simptomlarını yüngülləşdirə və ya daha sürətli sağalmanıza kömək edə biləcəyi sübut olunmayıb. COVID-19 virusuna yoluxma müddəti və şiddəti immunitet sisteminizin vəziyyəti də daxil olmaqla bir çox amillərdən təsirlənir. Məhsullarımız COVID-19-un qarşısını almaq, müalicə etmək və ya aradan qaldırmaq və ya simptomlarını yüngülləşdirmək üçün nəzərdə tutulmayıb və bu məqsədlər ilə istifadə üçün qeydiyyatdan keçməyib.

3. Hansı diş məcunları və ağız boşluğu yaxalayıcıları SARS-CoV-2-ni laboratoriya şəraitində 99% və ya daha çox təsirsiz hala gətirib?

Sınaqdan keçirilmiş diş məcunları sink, qalay ftorid və ya amin ftorid daxil olmaqla müəyyən bir tərkibə malikdir.

Sınaqdan keçirilmiş ağız boşluğu yaxalayıcıları və spreyləri 0,075% CPC, 0,075% CPC plyus sink, 1,5% hidrogen peroksid və ya 0,12% xlorheksidin daxil olmaqla müəyyən bir tərkibə malikdir.

Qeyd edildiyi kimi, laboratoriya nəticələri mütləq ağız boşluğunda baş verənləri əks etdirmir, buna görə daha genişmiqyaslı araşdırmalara ehtiyac var.

4. Hansı ağız boşluğu yaxalayıcıları klinik tədqiqatlarınızda ağız boşluğundakı virus miqdarını ən azı 30 dəqiqə ərzində əhəmiyyətli dərəcədə azaldıb?

Slnaqdan keçirilmiş tərkiblər: (1) 1,5% hidrogen peroksid, (2) 0,12% xlorheksidin, (3) 0,075% CPC və (4) 0,075% CPC və 0,28% sink.  Yalnız CPC-dən ibarət olan tərkib virusun miqdarını 30 dəqiqəlik, qalanları isə virusun miqdarını 60 dəqiqəlik azaldırdı.

5. "Virusu neytrallaşdırmaq" nə deməkdir?

"Virusu neytrallaşdırmaq" virusun mövcud olduğunu və molekulyar və biokimyəvi ölçmələrlə aşkar edilə biləcəyini, lakin artıq yoluxucu olmadığını və orqanizmdə çoxala bilməyəcəyini bildirir.

6. Ağız boşluğuna qulluq məhsulları virusu neytrallaşdırmağa necə kömək edir?

Mövcud tədqiqatlar göstərir ki, sınaqdan keçirilmiş ağız boşluğuna qulluq məhsulları virus qatını həll edərək məhv edir. Bu xarici örtüyün itirilməsi və ya zədələnməsi virusun hüceyrələrə yapışmasının və yoluxmasının qarşısını alır.

7. Evdən çıxmadan və insanlarla görüşmədən əvvəl dişlərimi fırçalamalı və ya ağzımı yaxalamalıyammı?

Ağız boşluğuna qulluq gündəlik şəxsi gigiyenanızın bir hissəsi olmalıdır və virusun ötürülməsinin qarşısını almaq üçün maska taxmağa, sosial məsafəni qorumağa və zəruri hallarda əllərinizi yumağa davam etməlisiniz. Hal-hazırda dişlərinizi fırçalamaq və ya ağzınızı yaxalamaq COVID-19-un qarşısını aldığı, müalicə etdiyi və ya aradan qaldırdığı və ya simptomlarını yüngülləşdirdiyi sübut edilməyib. Tüpürcəkdəki danışarkən, oxuyarkən və ya öskürərkən yayıla bilən virus miqdarının azaltmasını, digər insanlara yoluxma riskini azalda biləcəyini müəyyən etmək üçün daha genişmiqyaslı araşdırmalara ehtiyac var. Mütəmadi olaraq dişlərinizi fırçalamaq və ağzınızı yaxalamaq ağız sağlamlığınızın açarıdır.

8. Laboratoriya testlərinin nəticələri insanın ağız boşluğunda baş verənləri necə əks etdirir?

Laboratoriya testləri, sınaqdan keçirilmiş məhsulların SARS-CoV-2 virusunu neytrallaşdıra biləcəyini göstərmək üçün hazırlanmışdır. Colgate-Palmolive, virusun neytrallaşdırılmasına və müvəqqəti azalmasına kömək etmək üçün oxşar nəticələrin ağızda olub-olmadığını müəyyən etmək üçün daha çox klinik tədqiqatlar aparmışdır.  Bu klinik tədqiqat göstərir ki, 0,075% CPC, 0,075% CPC plyus sink, 1,5% hidrogen peroksid və ya 0,12% xlorheksidin olan bəzi ağız boşluğu yaxalayıcıları və tərkibində qalay florid və ya sink olan bəzi diş məcunları tətbiq edildikdən dərhal sonra ən azı 30 dəqiqə ərzində virus səviyyəsini azalda bilər.

9. Rəqiblərin məhsullarını sınamısınız?

Rəqiblərin məhsullarını sınaqdan keçirməmişik.

10. Dişlərimi fırçalayıramsa və ağız boşluğu yaxalayıcısından istifadə edirəmsə, maska taxmalıyam?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və qarşısının alma mərkəzləri (CDC) hər kəsə COVID-19 ötürülməsini azaltmaq üçün təmas riski yüksək olan yerlərdə maska taxmağı tövsiyə edir. COVID-19 infeksiyasının və yayılmasının qarşısını almağa kömək edən təlimatlara, məsələn maska taxmağa, sosial məsafə saxlamağa və lazım olduqda əllərinizi yumağa əməl etməyə davam edin.

11. Dişlərin təmizlənməsi və ağız boşluğu yaxalayıcısının istifadəsi anticisimlərə təsir edirmi?

Xeyr, dişlərinizi fırçalamaq və ağız boşluğu yaxalayıcısından istifadə etmək anticisimlərə heç bir təsir göstərmir.

 

Diş məcunu barədə suallar

 

12. Hər diş məcunu COVID-19-a səbəb olan virusu neytrallaşdırırmı?

COVID-19-a səbəb olan virusu neytrallaşdırıb-neytrallaşdırmadığını müəyyən etmək üçün bəzi sink, qalay ftorid və ya amin ftorid diş məcunu formulları üzərində laboratoriya tədqiqatları apardıq.  Sink və ya qalay ftorid diş məcunları üzərində də klinik bir araşdırma apardıq. Bu maddələr olmayan digər diş məcunları haqqında məlumatımız yoxdur.

13. Fırçalama ağız boşluğunda COVID-19-a səbəb olan virusun miqdarına təsir edirmi?

SARS-CoV-2 laboratoriya nəticələrimiz ürəkaçan olsa da, bu təsirlərin ağız boşluğunda da olub-olmadığını müəyyənləşdirmək üçün klinik bir araşdırma apardıq. Bu araşdırma, COVID-19 test nəticəsi müsbət olan və dişlərini qalay ftorid və ya sink də daxil olmaqla müəyyən bir tərkibli diş məcunu ilə fırçalayan xəstələrin ağız boşluğunda virus miqdarının 30 dəqiqə ərzində azaldığını göstərdi.

14. Sınaqdan keçirilmiş diş məcunları ağız boşluğunda COVID-19-a səbəb olan virus səviyyəsini nə qədər azaldacaq?

COVID-19 test nəticəsi müsbət olan xəstələrin arasında keçirtdiyimiz kliniki araşdırmamız dişləri qalay ftorid və ya sink də daxil olmaqla müəyyən bir tərkibli diş məcunu ilə fırçalamağın ağız boşluğunda virus miqdarının 30 dəqiqə ərzində azaldığını göstərdi.

 

Ağız boşluğu yaxalayıcısı/spreyi:

 

15. Hər ağız boşluğu yaxalayıcısı COVID-19-a səbəb olan virusu neytrallaşdırırmı?

COVID-19-a səbəb olan virusu neytrallaşdırıb-neytrallaşdırmadıqlarını müəyyən etmək üçün 0,075% CPC, 0,075% CPC plyus 0,28% sink, 1,5% hidrogen peroksid, 0,12% xlorheksidin və ya qalay/amin ftorid ilə bəzi ağız boşluğu yaxalayıcıları/sprey formulları üzərində laboratoriya tədqiqatları apardıq. Bu maddələr olmayan digər ağız boşluğu yaxalayıcıları/spreyləri haqqında məlumatımız yoxdur.

16. Hər yaxalayıcı ağız boşluğundakı virus miqdarını müvəqqəti azaldırmı?

(1) 1,5% hidrogen peroksid, (2) 0,12% xlorheksidin, (3) 0,075% CPC və (4) 0,075% CPC və 0,28% sink ilə formullar üzərində sınaqlar apardıq və ağız boşluğunda virus miqdarının ən azı 30 dəqiqə ərzində müvəqqəti azalması ilə bağlı effektivliyini bildirməkdən məmnunuq. Digər məhsulları sınaqdan keçirməmişik.

17. Xlorheksidin (CHX) 0,12% və 0,2% hidrogen peroksid qədər yaxşı təsir göstərirmi?

Tədqiqatın məqsədləri müxtəlif məhsulların effektivliyini müqayisə etmək deyildi.

18. Ağız boşluğu yaxalayıcısı və ya spreydən istifadə ağzımdakı virusu nə qədər azaldacaq?

Laboratoriya testləri göstərdi ki, 30 və ya 60 saniyə yaxaladıqda  bəzi ağız boşluğu yaxalayıcıları, o cümlədən setilpiridinium xlorid, COVID-19-a səbəb olan virusu 99,9% neytrallaşdırır. Bu neytrallaşdırma effektinin ağız boşluğunda virusun müvəqqəti azalmasına səbəb olub-olmadığını müəyyən etmək üçün klinik tədqiqatlar apardıq və sınaqdan keçirilmiş ağız yaxalayıcıları üçün bunun həqiqətən belə olduğunu təsdiqlədik. Belə bir tərkibi olan məhsulların araşdırılmasının nəticələri göstərir ki, təlimatlara uyğun olaraq yaxalama dərhal təsir göstərir və ağız boşluğunda virus səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Bu cür azalmış virus səviyyələri yaxalamadan sonra 30 və 60 dəqiqə ərzində davam edir, baxmayaraq ki, yaxalamadan dərhal sonra göstəricilər ən aşağı səviyyədə olur.

19. Ağız boşluğu yaxalayıcısı ilə yaxalama COVID-19-dan qoruyurmu?

Baxmayaraq ki, klinik tədqiqatlar yaxalamadan sonra 30-60 dəqiqə ərzində davam edən bəzi ağız yaxalayıcılarında istifadə edərək ağızdakı virus səviyyələrində əhəmiyyətli dərəcədə müvəqqəti bir azalma olduğunu göstərir, hal-hazırda ağız yaxalayıcısı ilə yaxalamanın və ya ağız spreyinin istifadəsinin COVID-19 infeksiyasına və ya ötürülməsinə qarşı qoruduğu sübut edilməmişdir. Bununla birlikdə, müntəzəm yaxalama ağız boşluğu sağlamlığının qorunmasında mühüm rol oynayır. Diş həkimləri gündəlik ağız boşluğuna qulluğun bir hissəsi olaraq yaxalayıcıdan istifadə etməyi məsləhət görürlər.

Ağız boşluğuna qulluq mərkəzinin məqalələri ağız boşluğu sağlamlığı üzrə tibb mütəxəssisi tərəfindən nəzərdən keçirilir. Bu məlumat yalnız təhsil məqsədləri üçündür. Təqdim olunan məlumatlar peşəkar tibbi məsləhət, diaqnoz və ya müalicəni əvəz etmək üçün nəzərdə tutulmayıb. Hər zaman diş həkiminizdən, digər həkiminizdən və ya müvafiq ixtisaslı digər tibb işçisindən məsləhət alın.