Şəffaflıq ilə sağlam planeti dəstəkləyirik

DAVAMLILIQ

Şəffaflıq ilə
sağlam planeti
dəstəkləyirik

Sizi və planetimizi qorumaq üçün yenilikçi təşəbbüs lazımdır

Bu gün planetimizin həssaslığı və sağlam həyat tərzi sürməyin vacibliyi haqqında həmişəkindən daha çox xəbərdarıq. Ətraf mühitə qarşı məsuliyyətli davranmağa və insanların rifahına dair öhdəliyimiz dayanıqlı qablaşdırma, məhsulların çatdırılması və təhlükəsiz inqrediyentlərin istifadəsi üçün yeniliklərimizi artırır. Hətta daha da irəli gedərək dünyada suyun istifadəsinin və plastik tullantıların azaldılmasını müdafiə edirik.

Fəaliyyətdə şəffaflıq

Colgate məhsulu haqqında verdiyimiz bütün məlumatlar şəffafdır. Formulalardan inqrediyentlərə, həmçinin məhsulları sizə necə çatdırdığımıza dair nə qədər çox məlumatlı olsanız, Colgate-i o qədər rahatlıqla alıb istifadə edəcəksiniz.

Vegan

Bitki tərkibli

Məhsullarımızın əksəriyyəti bitki tərkiblidir və içərisində heyvan mənşəli inqrediyentlər, heyvan mənşəli məhsullar və ya emal vasitələri yoxdur.

Gluten-free

Qlütensiz

Məhsullarımızda buğda, çovdar və arpanın tərkibində olan qlüten yoxdur.

 

 

Sugar-free

Şəkərsiz

Məhsullarımıza şəkər əlavə etmirik. Dad vermək üçün şəkər əvəzedicilərindən, yaxud süni və təbii dadlandırıcılardan istifadə edirik.

Responsibly Made

Məsuliyyətlə hazırlanıb

İnsanları və ətraf mühiti qoruyuruq. İstehsal yerlərimiz dünyanın hər yerindəki komandalarımız üçün təhlükəsiz iş yerləridir. Enerji və suya qənaət etməklə tullantısız istehsal şirkəti olmaq yolunda inamla irəliləyirik.

Ətraflı məlumat

İstifadə etdiyimiz hər bir inqrediyent həm sizin, həm də ailənizin sağlamlığı üçün təhlükəsizdir

İNQREDİYENTLƏRİMİZ

İstifadə etdiyimiz hər bir inqrediyent həm sizin,
həm də ailənizin sağlamlığı üçün təhlükəsizdir.

 

Ətraflı məlumat