Couple smiling and hugging

Hər bir gülüşlə daha sağlam və parlaq bir gələcək yaradırıq.

Hər bir gülüşlə daha sağlam və parlaq bir gələcək yaradırıq.

1806-cı ildə şirkətin qurulduğu gündən bu yana hədəfimiz həmişə ağız boşluğu sağlamlığını mümkün qədər geniş miqyasda dəstəkləmək və təkmilləşdirmək olmuşdur.  Sadəcə gülüşünüz üçün ən yaxşı məhsul və həll yollarını yaratmaqla kifayətlənməyib, mümkün qədər çox sayda insana ağız boşluğu sağlamlığına dair xidmətlərə və bu mövzudakı təlimlərə giriş imkanı təqdim edərkən, eyni zamanda ətraf mühitə təsiri məhdudlaşdırmaq üçün əlimizdən gələnin ən yaxşısını edirik.

Woman medical professional smiling candidly

Biz Kimik

Biz dünyanın ən etibarlı brendi olaraq ağız boşluğu sağlamlığı sahəsində qlobal liderik. Colgate® kateqoriyasında hər kəsdən çox patentli innovasiyaya malikdir, diş həkimləri ilə ən geniş əməkdaşlığa sahibdir və ağız boşluğu sağlamlığı üzrə ən uzunmüddətli maarifləndirmə proqramını təqdim edir.  

Male dentist sitting talking to a patient sitting in his dentist chair

Bizim İnamımız

Hər kəsin gülümsəyə biləcəyi bir gələcəyə layiq olduğuna inanırıq

Two young girls in uniform mimicking toothbrushing with carboard brushes
Məqsədimiz

Məqsədimiz dünyada ağız boşluğu sağlamlığını yaxşılaşdırmaqdır.

Hand holding a lab dish that contains a mint leaf

Vədimiz

Vədimiz hər birimizdə olan gücü ortaya çıxaran və beləcə daha parlaq bir gələcəyin kilidini açan təbəssüm yaratmaqdır.

Hər kəsin daha sağlam gülüşlərə sahib olması üçün nələr edirik?

Ağız boşluğu sağlamlığına dair bütün elmi, praktiki biliklərimiz, eləcə də stomatoloji mütəxəssislər və təşkilatlar ilə əməkdaşlığımız hər kəsə gülüşləri və planet üçün əllərindən gələni etməkdə yardım göstərir.

Tarixçəmiz

Uilyam Kolqeytin 19-cu əsrin əvvəllərində qurduğu kiçik sabun və şam biznesi 200 ildən artıq müddət sonra dünyanın hər yerində yüz milyonlarla istehlakçıya xidmət göstərən həqiqətən qlobal şirkətə çevrildi. Bütün tarix boyunca Colgate işçiləri və Colgate dəyərləri uğurumuzun mərkəzində dayanmışdır.

Colgate® Keep
1806

Şirkət William Colgate tərəfindən qurulmuşdur.

Colgate® Keep
1873

Colgate diş məcununu bankalarda satmağa başlayır.

Colgate® Keep
1896

Colgate diş məcununu sıxıla bilən tübikdə təqdim edir.

Colgate® Keep
1930

Colgate, Amerikan Diş Həkimləri Birliyi tərəfindən Colgate® Ribbon Dental Cream ilə təsdiq nişanı alan ilk brenddir.

Colgate® Keep
1968

Colgate diş məcunu çürümələrlə mübarizə aparmaq üçün MFP flüorid ilə yenidən hazırlanmışdır və Ultrabright ağardıcı diş məcunu istifadəyə verildi.

Colgate® Keep
1987

Colgate, diş daşı yaranmasının effektiv qarşısını almaq üçün ilk ağız yaxalayıcısını (ağız təmizləyici su) təqdim edir.

Colgate® Keep
1992

Diş əti iltihabına nəzarət etmək üçün yeni bir prosesin inkişafı ilə Colgate® Total diş məcunu ilk dəfə satışa çıxarılır.

Colgate® Keep
2004

Colgate® 360º manual diş fırçasının təqdimatı.

Colgate® Keep
2011

Colgate® Optic White® brendi peşəkarlar tərəfindən tövsiyə olunan ağardıcı maddəni ehtiva edən ilk diş məcunu formulu ilə satışa təqdim edilmişdir.

Colgate® Keep
Present

Colgate məhsulları dünyanın 200-dən çox ölkə və ərazisində satışdadır.