Young woman is brushing her teeth

Diş fırçalamasının ətraf mühitə təsirinin azaldılmasına çox böyük önəm veririk

Diş fırçalamasının ətraf mühitə təsirinin azaldılmasına çox böyük önəm veririk

Həm parlaq, sağlam təbəssümə sahib ola bilər, həm də ətraf mühiti qorumağa kömək edə bilərsiniz. Sizin üçün uyğun olan və planet üçün fərq yaratmağa kömək edən müvafiq ekoloji təmiz məhsulları tapın.

Təkrar emal edilə bilən tübiklərimizlə tanış olun*

Təkrar emal edilə bilən tübiklərimizdən birini seçərək fərq yarada bilərsiniz. Tübiki istifadə edin, sonra təkrar emal edin. Təkrar emaldan sonra bu tübiklər yararlı məhsullara çevrilir. Təkrar emal edilə bilən tübiklərimiz və gələcəkdə məhsul qablaşdırması ilə bağlı hədəfimiz haqqında ətraflı məlumat üçün videonu izləyin.

*Yaşadığınız bölgədə tübiklər hələlik təkrar emal üçün qəbul edilməyə bilər. Yerli təşkilatlardan dəqiqləşdirin.

Təkrar emal edilə bilən tübiklərdən maksimum yararlanın
Başqa suallarınız varmı? Cavabları burada tapa bilərsiniz.

Dünyanın hər yerində bütün diş məcunu məhsullarımızı təkrar emal edilə bilən tübiklərdə təqdim etməyə başlayırıq. Təşəbbüs 2019-cu ildə başladı və 2025-ci ildə tamamlanacaq. Bu səbəbdən bütün tübiklər eyni anda təkrar emal edilə bilən şəkildə olmayacaq. Diqqətli olun: tübikinizdə müvafiq simvol yoxdursa, onu təkrar emal qutusuna atmayın.

Tübikinizdə bu simvollardan biri varsa, təkrar emal prosesi asandır. Tübikin içərisindən maksimum dərəcədə diş məcunu sıxıb çıxararaq qapağını təkrar bağlayın və tübiki təkrar emal qutunuza atın. Tübikimiz HDPE #2 plastiklərlə təkrar emal edilir.

Artıq qalan diş məcununu çıxarmaq üçün diş məcunu tübikini kəsərək açmayın! Təkrar emal müəssisəsində tübikin emalı zamanı tübik parçalanır və "yaxalama" prosesindən keçir. Bu prosesdə plastik üzərindəki bütün diş məcunu qalıqları yuyularaq təmizlənir. Bu səbəbdən evdə yaxalamağa ehtiyac yoxdur.

Bəli, qapaqlar texniki baxımdan təkrar emal edilə bilər və ən yaxşı üsul tübiki təkrar emal qutusuna atmazdan əvvəl onun qapağını yerinə taxmaqdır. Bununla da, qapaqlar zibil olaraq atılmayacaq. Qapaqlar tübikdəkindən fərqli bir plastikdən hazırlanmışdır və bu səbəbdən bəzi təkrar emal müəssisələri tübiklər təkrar emal edilməzdən əvvəl qapaqların çıxarılmasını tərcih edə bilər. Əmin olmaq üçün təkrar emala dair yerli qaydaları nəzərdən keçirin. Bütün qapaqlarımızı HDPE təkrar emal prosesinə daha uyğun materialdan hazırlamaq üçün tədqiqatlarımıza davam edirik.

2019-cu ildə APR (Plastik Təkrar Emalçılar Assosiasiyası) tərəfindən texniki təkrar emal mövzusunda tanındıq və doğru dizayna malik tübiklərin HDPE #2 konteynerlə təkrar emal prosesinə uyğun olduğunu göstərdik. Üstəlik laboratoriyada və Tullantı Ayırma Müəssisələrində (çeşidləmə müəssisələri) tübiklərin çeşidlənmə imkanını sınaqdan keçirdik. Əldə olunan data tamölçülü tübiklərimizin konteynerə yerləşdirmə mərhələsindən keçdiyini və yanlış çeşidləmə göstəricisinin minimum səviyyədə olduğunu bildirir.

Texniki təkrar emal prosesini həll etdiyimiz və çeşidləmə imkanı daxil olmaqla, HDPE konteynerlə təkrar emalın uyğunluğunu təsdiqlədiyimiz üçün bu texnologiyanı və yanaşmanı tübik təchizatçıları, digər brendlər və bütün maraqlı tərəflərlə paylaşırıq. Bununla da, təkrar emal edilə bilən tübiklərə keçid sürətlə baş verə və təkrar emalçılar aldıqları tübiklərin uyğun olduğuna əmin ola bilərlər. Bu təkan sayəsində bütün diş məcunu brendləri 2025-ci ilə qədər yeni tübik dəstlərinə keçid barədə ictimaiyyət qarşısında öhdəlik götürmüş və Sıxıla bilən Tübik Dizaynı Təlimatı hər kəsə açıq şəkildə yayımlanmışdır.

Sənayenin tübiklərini çevirməsinə köməklik göstərməklə yanaşı, təkrar emal icması ilə birgə işləməyə də diqqət yetiririk. Təkrar emal edilə bilən məhsulların ümumi olaraq qəbul edilib praktiki cəhətdən tətbiqi üçün təkrar emal edilə bilən tübiklərin cari təkrar emal sistemi ilə uyğunluğu mövzusunda apardığımız araşdırmaları əsas üçüncü tərəflərlə paylaşır və onlarla əməkdaşlıq edirik.  

Maliyyələşdirdiyimiz əsas əməkdaşlıq layihəsi partnyorumuz olan Stina Inc. tərəfindən idarə edilən "Elastik plastik tübiklərin təkrar emalı yolunda" layihəsidir. Çirklənmənin qarşısını almaq və təkrar emal edilən xam materialın keyfiyyətini artırmağın önəmini vurğulayaraq bu layihədə bütün tübiklərin yerli təkrar emal sistemində qəbul edilə bilən məhsullar siyahısına daxil edilməsi üçün vacib aspektlər üzərində işləyirik.

Töhfə verdiyimiz daha bir proyekt nümunəsi "Dairəvi iqtisadiyyata gedən yol: "The Recycling Partnership" təşkilatı ilə təkrar emal proqramı çərçivəsi" adlanır. Bu proqram çərçivəsi şirkətlərin təkrar emal sistemlərini idarə etməsinə və problemlərin həlli üçün tədbir görməsinə kömək edən dəqiq meyarlar dəstini müəyyənləşdirməyi hədəfləyir. Bununla dairəvi iqtisadiyyatın real olaraq tətbiqinə istiqamət verir. Layihənin başladılmasına kömək edən aktiv iştirakçılar arasındayıq. Tübiklərdən yararlı praktiki nümunə olaraq istifadə edirik. Layihəni yönləndirən Dairəvi iqtisadiyyat Şurası proqram çərçivəsi protokollarını təsdiqlədikdə əlavə sınaqlar keçirməyi planlaşdırırıq.  

Ancaq bütün bu cəhdlərə baxmayaraq, bu keçid mərhələsində icmanız hələlik tübikləri təkrar emal üçün qəbul etməyə bilər.   İstehlakçılar tübiklərin qəbul edildiyini dəqiqləşdirmək üçün yerli icma proqramlarına müraciət etməlidirlər.   Bu sahədə lider olmaqdan qürur duyuruq və məqsədimiz planetimiz üçün daha yaxşı məhsullar yaradan elmi innovasiyaların inkişafını davam etdirməkdir.

Planımız 2025-ci ilin sonunadək bütün diş məcunu tübiklərimizi təkrar emal edilə bilən hala gətirməkdir. Bu keçid dövrü vaxt aparacaq və bu müddət ərzində bəzi diş məcunlarımız təkrar emal edilə bilən tübiklərdə təqdim edilsə də, digərlərində hələlik dəyişiklik olmayacaq.

Xeyr, bu tübik (və ümumi olaraq plastiklər) bioloji parçala bilən şəkildə hazırlanmayıb. Tübiklərimizdə istifadə olunan HDPE #2 plastik "dairəvi" şəkildə hazırlanmışdır. Beləliklə, material yenidən emal edilərək yeni məhsul və qablaşdırmalara çevrilə bilər.

Təkrar emal edilə bilən tübiklərimiz ən çox təkrar emal edilə bilən plastiklərdən biri olan HDPE #2 plastikdən hazırlanmışdır. HDPE inşaat materialları və yeni qablaşdırmalar daxil olmaqla istənilən növdə yeni materiallara çevrilə bilər. Təkrar emal edilə bilən materiallara keçid milyardlarla tübikin tullantı kimi atılmasının qarşısını ala bilər.

Tübik əsasən HDPE (Yüksək sıxlıqlı polietilen) #2 plastikdən hazırlanmışdır.

Qapaq PP (Polipropilen) #5 plastikdən hazırlanmışdır.

Bu layihə bizimlə deyil, daha böyük bir məsələ ilə bağlıdır. Texnologiyamızı paylaşmaqla təkrar emal edilə bilən diş məcunu tübiklərinə qlobal keçid başlatmağa ümid edirik. Sadəcə diş məcunlarının deyil, bütün tübiklərin praktikada geniş miqyasda təkrar emalını arzulayırıq.

Tübiklərin həyat dövrünə dair qısa bir nümunə təqdim edirik.

Tübik təkrar emal sisteminə daxil olduqdan sonra çeşidlənmək üçün Tullantı Ayırma Müəssisəsinə (MRF) göndərilir. Ardınca butulkalar da daxil olmaqla, HDPE məhsullarını kiçik plastik parçalara çevirən təkrar emal müəssisəsinə göndərilir. Bu parçalar daha sonra yeni məhsullar və qablaşdırmalara çevrilə bilər!