Jim Masters, PhD

 

 

Cim Masters

PhD
Texnologiya, Erkən Tədqiqat, Ağız Boşluğuna Qulluq, Biologiya və Fizika Elmləri üzrə qlobal direktor

Dr. Cim Masters hazırda Ağız boşluğuna qulluq üçün Bioloji Tədqiqatın ilkin mərhələsinə rəhbərlik edir. Cim və komandası araşdırmaları ilə Colgate Palmolive-in qlobal Ağız Boşluğuna Qulluq iş portfoliosunu dəstəkləyən yumşaq toxuma və səthlərin fiziki-kimyəvi xüsusiyyətləri ilə əlaqəli əsas yenilik proqramlarından məsuldur. Cim 25 ildən artıq təcrübəyə malikdir və həm ağız boşluğuna qulluq, həm də şəxsi gigiyena kateqoriyalarında tədqiqat qruplarına aktiv şəkildə rəhbərlik etmişdir. Son zamanlar onun tədqiqatlarının əsas mövzusu dərinin fiziologiyası və tərləmə, dərinin və ağız boşluğunun mikroflorası, həmçinin bakteriya ilə insan orqanizminin qarşılıqlı təsirini öyrənməkdir. Bu tədqiqatlar ilkin mərhələlərdə xəstəliyin aradan qaldırılmasına və insanların diş sağlamlığının yaxşılaşdırılmasına kömək etmək məqsədilə həyata keçirilir. Dr. Masters bir neçə kitab fəslinin və beynəlxalq elmi jurnallarda çoxsaylı məqalələrin müəllifidir. 55-dən çox ABŞ patentinə sahibdir. Uzun müddət Beynəlxalq Standartlaşdırma Komitəsinin Amerika Ağız Boşluğuna Qulluq üzrə Məşvərət Qrupunun üzvü olub. Dr. Masters Kimya Elmləri üzrə bakalavr təhsilini Skranton Universitetində, Qeyri-üzvi/Polimerlər Kimyası üzrə doktorantura təhsilini isə Pensilvaniya Universitetində tamamlayıb.