LaTonya Kilpatrick-Liverman, PhD

 

 

LaTonya Kilpatrick-Liverman

PhD
Texnologiya, Biohəllər və Klinik Metodlar üzrə Qlobal Direktor

Dr. Latonya Kilpatrik-Liverman Colgate-Palmolive şirkətində biohəllər və klinik metodlar şöbəsinin rəhbəridir. Latonya və komandası çevrilmə modellərinin hazırlanmasından, sağlamlıq və xəstəliklə əlaqəli biomarkerlərin müəyyən edilməsindən və dəri və ağız boşluğundakı dəyişiklikləri daha dəqiq qiymətləndirmək üçün yeni klinik metodların yaradılmasından məsuldur. Dr. Latonya dəri və ağız boşluğunun biologiyasını araşdırmaq sahəsində 25 ildən artıq təcrübəyə sahibdir. Bir neçə patentin, kitab fəslinin və elmi məqalənin müəllifidir, "International Journal of Cosmetic Science" jurnalında Redaksiya Heyətinin Məsləhət Şurasının, Rutgers Universitetində Kimyəvi və Biyokimyəvi Sənaye üzrə Məsləhət Şurasının və Rutgers Universiteti Biomateriallar Simpoziumunda Məsləhət Şurasının üzvü olmuşdur. Dr. Latonya uşaqların erkən yaşlardan elmlə məşğul olmasının vacib olduğunu hesab edir. O, Colgate-Palmolive, Amerikan Kimya Cəmiyyəti və müxtəlif icma qrupları tərəfindən maliyyələşdirilən, təhsilə əsaslanan bir sıra təbliğat proqramlarında könüllü kimi iştirak etmişdir. Dr. Kilpatrik-Liverman həmişə bilik və təcrübəsini paylaşmaqdan zövq alır. Latonya Kimya üzrə bakalavr təhsilini Hempton Univeristetində, Kimya üzrə doktorantura təhsilini isə Prinston Univeristetində tamamlayıb.