Payal Arora, PhD

 

 

Payal Arora

PhD
Baş texniki mütəxəssis

Dr. Payal Arora hazırda Ağız Boşluğuna Qulluq Məhsullarının İlkin Tədqiqat şöbəsində işləyir. Komandası ilə birlikdə müştərilərin xüsusi ehtiyaclarına cavab verən, ağız boşluğuna fərdi və qüsursuz qulluq həlləri yaratmaq üçün yenilikçi təbii texnologiyalar portfoliosu/xətti yaratmaqdan məsuldur. Qlobal komandalarla əməkdaşlıq etmək onun əsas vəzifələrindən biridir. Məqsədi isə müxtəlif bölgələrdə istifadə olunan ənənəvi təbii inqrediyentlərin təsir mexanizmlərini aydınlaşdırmaq və bu cür inqrediyentləri yeni, qeyri-adi xüsusiyyətlərə malik unikal məhsulların tərkibinə daxil etməkdir. Dr. Arora tədqiqat və inkişaf üzrə 18 illik təcrübəyə malikdir və əczaçılıq şirkətlərində (Roche və Janssen) sistematik xəstəliklər, şəkərli diabet, regenerativ tibb və virusların öyrənilməsi sahəsində geniş təcrübə qazanıb. Dünyanın ən nüfuzlu elmi jurnallarında 16 nəşrin müəllifidir və bir çox patentə sahibdir. Dr. Arora Hindistanda Molekulyar Biologiya və Biotexnologiya üzrə doktorluq dərəcəsini, Cənubi Koreya və ABŞ-da isə Virusologiya və Onkologiya üzrə doktorantura sonrası təqaüd proqramını tamamlamışdır.