Gülüşünüzü
və sağlamlığınızı qorumağa
kömək edirik
Hər gün dünyada milyonlarla insan günə yaxşı başlamaq üçün Colgate-ə etibar edir. Çünki məsuliyyətli olmaq ağız qulluğundan başlayır.
Bu etibarı qazanmağımızın səbəbi seçdiyimiz inqrediyentlərdir.
İlk öncə prioritetlər. İstifadə etdiyimiz hər bir inqrediyent siz, ailəniz və ətraf mühit üçün təhlükəsizdir. Bunu bilirik, çünki məhsulu hər bir mərhələdə (laboratoriyada hazırlanmağından dükandakı rəflərə və hətta evdə hamam otağına qədər) diqqətlə sınaqdan keçiririk.
Texnologiya dəyişdiyinə görə alimlərdən ibarət komandamız böyük səylə ən yüksək keyfiyyətə sahib inqrediyentləri axtarıb tapmaq üçün çalışır.
Həm siz, həm də ətraf mühit üçün daha yaxşı inqrediyentlər
BİTKİ TƏRKİBLİ
Məhsullarımızın əksəriyyəti bitki tərkiblidir və içində heyvan mənşəli maddələr, heyvan mənşəli məhsullar və ya emal vasitələri yoxdur.
ŞƏKƏRSİZ
Məhsullarımıza şəkər əlavə etmirik.
Dad vermək üçün şəkər əvəzedicilərindən, yaxud süni və təbii dadlandırıcılardan istifadə edirik.
QLÜTENSİZ
Məhsullarımızda buğda, çovdar və arpanın tərkibində olan qlüten yoxdur.
MƏSULİYYƏTLƏ HAZIRLANIR
İnsanları və ətraf mühiti qoruyuruq. İstehsal yerlərimiz dünyanın hər yerindəki komandalarımız üçün təhlükəsiz iş yerləridir. Həmçinin tullantısız şirkət olmaq istiqamətində irəliləyərək enerji və suya qənaət etmək üçün böyük addımlar atırıq.
Məhsullarımızın tərkibi haqqında ətraflı məlumat.
Bəli, inqrediyentlərin bəziləri sizə tanış olmaya bilər, lakin bunun əsas səbəbi gülüşünüzü və sağlamlığınızı qorumaqdır.
Colgate təcrübəsini təkmilləşdirmək üçün davamlı olaraq imkanlar axtarışındayıq. Bu o deməkdir ki, daim keyfiyyəti olduğu kimi saxlamaqla eyni və ya daha yaxşı faydalar təmin edən yeni inqrediyentlər, yaxud formulalar axtarırıq.
İNQREDİYENT TƏHLÜKƏSİZLİYİ SİYASƏTİMİZ HAQQINDA ƏTRAFLI MƏLUMAT